BDU-nun tələbəsi qida zəhərlənməsindən ölməyib - Açıqlama

 BDU-nun tələbəsi qida zəhərlənməsindən ölməyib -    Açıqlama
  04 Dekabr 2019    Oxunub:7052
Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb. Səbəb toksik zəhərlənmədir.

Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov deyib. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələblərinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir.
"Məsələ hüquq-mühafizə orqanlarına aitdir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi".

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 nömrəli yataqxanasında zəhərlənmə olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təbələrdən Həmidə İbadova və Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova olub. Əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı imiş və yayda onun toyu olacaqdı.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Tələbə  





Xəbər lenti