İndiyədək 694 zəhərlənmə olub, 3 nəfər ölüb - AQTA

 İndiyədək 694 zəhərlənmə olub, 3 nəfər ölüb -    AQTA
  04 Dekabr 2019    Oxunub:2122
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı gündən indiyədək 694 qida zəhərlənməsi faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli jurnalistələrə açıqlamasında deyib. Onun sözlərinə görə, zəhərlənmələr nəticəsində 3 ölüm hadisəsi baş verib.

"Avropada 710 milyon əhaliyə bir il ərzində 23 milyon qida zəhərlənməsi düşür. Onlardan 5 mini dünyasını dəyişir", - deyən Q.Təhməzli qeyd edib ki, son zamanar qida zəhərlənməsinin artması ilə bağlı səslənən fikirlər yanlışdır.

"Sadəcə həmin zəhərlənmə hadisələrinin araşdırılması düzgün həyata keçirilmir. Araşdırmalar nəticəsində qoyulan diaqnozla bizim nəticələr arasında ciddi fərqlər olur. Dünyada qida təhlükəsizliyi indeksinə görə Azərbaycan ən yüksək pillələrdən birindədir. 100 ballıq şkalada Azərbaycan mümkün 89 balı yığıb. Bu ölkəyə idxal olunan və istifadə olunan məhsulların təhlükəsizlik göstəricisinin həddindən artıq yuxarı olmasıdır. Azərbaycanda sağlam qida məsələləri, insanların qidalanma gigiyenaları aşağı səviyyədədir", - deyə AQTA sədri vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti