AQTA sədri “ekspertləri” tənqid etdi: “Dövlət siyasətinə kölgə salırlar”

AQTA sədri “ekspertləri” tənqid etdi:  “Dövlət siyasətinə kölgə salırlar”
  04 Dekabr 2019    Oxunub:4360
"Son zamanlar həddindən artıq dırnaqarası qida ekspertləri ortaya çıxıb. Onlar sosial şəbəkələrdə yanlış məlumatlar verirlər".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, dırnaqarası ekspertlər əhali arasında lazımsız təşviş yaratmaqla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və dövlət siyasəti üzərinə kölgə salırlar.

"Bu yaxınlarda belə bir məlumat oxudum ki, Azərbaycana idxal olunan məhsulun 99 faizi xəstəlik mənbəyidir. Bu kökündən yanlış məlumatdır. Belə məlumatın arxasında heç bir elmi araşdırma yoxdur. Həmçinin saytlarda oxudum ki, Azərbaycana idxal olunan məhsullar, Azərbaycanda istehsal olunan tərəvəzlərin 100 faizi genetik modifikasiya olunub. Dunyada 30 adda GMO məhsulu var, onlarin içərisində tərəvəzlər çox azdır. Sogan, kələm, acı bibər, xiyarın genetik modifikasiyası yoxdur".

Q.Təhməzli qeyd edib ki, Azərbaycana təhlükəli qidalar idxal olunmur: "Bunu bəyan edən adamlar elmi araşdırmaya, statistik məlumatlara istinad etsinlər, sonra belə məsuliyyətsiz bəyanat versinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti