“Ermənilər şərəfsizdir” yazılan bağlama barədə rəsmi açıqlama

  “Ermənilər şərəfsizdir” yazılan bağlama barədə    rəsmi açıqlama
  04 Dekabr 2019    Oxunub:3127
Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumata aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

"Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində yerli sakin Fazil Əsədova məxsus həyətyanı sahəyə naməlum bağlama düşüb. Ağ rəngli bağlamanın üzərində "ermənilər şərərfsizdir, hər şey vətən üçün" sözləri yazılıb.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti