“Əhali qidalanma rejiminə yanlış əməl edir” - AQTA sədri

  04 Dekabr 2019    Oxunub : 1301
 “Əhali qidalanma rejiminə yanlış əməl edir” - AQTA sədri
Azərbaycanda əhali düzgün qidalanma rejiminə, qidalanma davranışlarına, vərdişlərini, qidalanma gigiyenasına yanlış əməl edir.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məsələyə insanlar diqqət etsə, qida mənşəli xəstəliklərin sayı getdikcə azalar.

"Əhali düzgün qidalanmalıdır. Pəhriz rejimi yanlış gözlənilir, xüsusilə xanımlar arasında yanlış pəhriz saxlanılır. Bu insanların sağlamlıq göstəricilərinə təsir edir. Sağlam qidalanmada problemlər var, bu, isə sonda Azərbaycanda insanların sağlıq göstəricilərinə təsir edir".

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA