Azərbaycan Çindən turist axınına hazırlaşır

  04 Dekabr 2019    Oxunub : 1527
 Azərbaycan Çindən turist axınına hazırlaşır
"2020-ci ildə Çindən Azərbaycana yeni aviareyslər açılacaq".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir: "Bu da potensialın həcmini artırmaqda bizə kömək edəcək. Eyni zamanda, Çin turistlərinə Azərbaycanı təsdiqlənmiş məkan kimi göstərmək üçün yeni müqavilələrin bağlanması nəzərdə tutulur. Öz təcrübəmdən çıxış edərək bildirim ki, Avstriya ilə Çin arasında belə bir müqavilənin bağlanması üçün iş aparmışdım. Çox müsbət nəticə əldə etdik, Çindən Avstriyaya gələn turistlərin sayı xeyli artdı".



İcraçı direktor onu da qeyd edib ki, Azərbaycan Çindən çoxlu sayda turist kütləsini qəbul etmək üçün yetərincə hazır olmalıdır: "Bunun üzərində iş aparmalıyıq. Çinli turistləri cəlb etmək üçün yeni turizm məhsullarının, o cümlədən Çin dilində danışa bilən turizm xidməti göstərən heyətin hazırlanması istiqamətində işlər görülməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm