“Uşağımı geri qaytarın!” - Qarabağda ölən əsgərin yaxınları aksiya keçirdi

  04 Dekabr 2019    Oxunub : 1345
 “Uşağımı geri qaytarın!” - Qarabağda ölən əsgərin yaxınları aksiya keçirdi
Qarabağda həyatını itirən erməni hərbçi Artur Acamyanın yaxınları onun ölümündə günahkar olanların adının açıqlanması və cəzalandırılması tələbi ilə İrəvanda parlament binası qarşısında aksiya keçiriblər.
Azvision.az xəbər verir ki, dekabrın 2-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Artur Acamyan naməlum şəraitdə açılan atəş nəticəsində ölüb, digər hərbçi David Melikbekyan isə yaralanıb.

“Övladımı kimin öldürdüyünü, hadisənin səbəbini bilmək istəyirəm. Onun 20 yaşı var, atası, qohumları yoxdur. Mənim başqa övladım da yoxdur, uşağımı mənə qaytarın”, - deyə ölən əsgərin anası etiraz edib.

O əlavə edib ki, dekabrın 1-də oğlu ilə telefon danışığı zamanı hər şeyin yaxşı olduğunu söyləyib.

Əsgərin qohumları parlament binasına girməyə çalışsalar da, polis onların qarşısını alıb. Bundan sonra onlar parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının rəhbəri Andranik Koçaryanla görüş tələb ediblər.

Qeyd edilib ki, qətl haqqında bütün zabitlər məlumatlıdır, amma bunu intihar hadisəsi kimi təqdim etməyə çalışırlar. Əgər intihar etsəydi, başında hansısa izlər olardı, bele izlər isə aşkarlanmayıb. Məlumata görə, dava olub, ardınca isə atışma baş verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Erməni   Əsgər