"AVRO-2020-də Azərbaycanı da təmsil edəcəyik" - Şenol Günəş

 "AVRO-2020-də Azərbaycanı da təmsil edəcəyik" -  Şenol Günəş
  04 Dekabr 2019    Oxunub:2636
"AVRO-2020-də Bakıda keçirəcəyimiz görüşlərdə Azərbaycanı və özümüzü təmsil edəcəyik".
Azvision.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş deyib.

O bildirib ki, Bakıda keçiriləcək qarşılaşmada çox şey dəyişə bilər: "Qrupdan 6 xalla çıxacağımızı düşünürəm. UEFA iki hazırlıq matçına icazə verir. Amma biz 4 hazırlıq oyunu keçirib turnirə getməyi planlaşdırırıq. Rəqiblərin bizdən çəkinməsini təmin etmək yaxşı haldır. Hər oyunda öz futbol fəlsəfəmizi oynamağa çalışacağıq".

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda mübarizə apracaq Türkiyə millisi iyunun 13-ü saat 15:00-da Uels-lə, iyunun 21-də saat 18:00-da isə İsveçrə ilə qarşılaşmalarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Futbol   Avro-2020  





Xəbər lenti