Prezident və birinci xanım şəhid övladları ilə - FOTOLAR

  04 Dekabr 2019    Oxunub : 6533
Prezident və birinci xanım şəhid övladları ilə - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar. Prezident və birinci xanım şəhid övladlarının olduğu stendi də ziyarət ediblər.
"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə Azvision.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladlarına xüsusi qayğı ilə yanaşıblar.

"Şəhid övladlarına diqqət ayırdıqları üçün Prezidentə və birinci xanıma təşəkkür edirik. Mehriban xanım uşaqlarla səmimi söhbət etdi və hər birinin layihəsi ilə maraqlandı. Uşaqlar da əl işlərini necə hazırladıqları, hansı funksiyasının olması barədə məlumat verdi. Daha sonra "Area" stendində Lələtəpəyə zəfər yürüşü ilə bağlı dron uçuşları təqdim edildi. Uşaqların burada iştirakı sərgiyə yeni ruh gətirdi. Dron uçuran şəhid övladlarının hər birinə hərbi forma geyndirmişdik və sinələrində atalarının adı var idi. Şəhid övladları özlərini təqdim edəndə duyğulu anlar yaşandı", - deyə S.Alızadə vurğulayıb.



Qeyd edək ki, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər. Şəhid övladları tərəfindən hazırlanan robotlar və dronların idarə edilməsi sərgi ziyarətçiləri arasında böyük marağa səbəb olub.









Anar Kəlbiyev
Azvision.az

Teqlər: Prezident   Sərgi   Şəhidövladları