Tarix Muzeyinin 100 illik yubileyi qeyd olunacaq

Tarix Muzeyinin 100 illik yubileyi qeyd olunacaq
  04 Dekabr 2019    Oxunub:2371
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti