“Mehriban xanımın bizə qonaq gəlməsi məni çox sevindirdi” - Əlibaba Məmmədov

  04 Dekabr 2019    Oxunub : 1633
 “Mehriban xanımın bizə qonaq gəlməsi məni çox sevindirdi” - Əlibaba Məmmədov
"Ölkənin birinci xanımının mənə baş çəkməsi, evimizdə qonaq olması məni çox sevindirdi"
Bunu Azvision.az -a Xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov deyib.

“Birinci xanımın evimizə gəlməsi mənim üçün sevindirici haldır. Xəstəyəm, Mehriban xanım vəziyyətimlə əlaqədar mənə baş çəkməyə gəlmişdi. Evimizə gəldiyinə, qonağımız olduğuna görə Mehriban xanıma təşəkkür edirəm. Sağ olsun ki, mənim kimi yaşlı adamları unutmur, bizə dəyər verir”, - deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovun evində qonaq olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ƏlibabaMəmmədov