Prezident Tailand Kralını təbrik edib

  04 Dekabr 2019    Oxunub : 808
Prezident Tailand Kralını təbrik edib
Prezident İlham Əliyev Tailand Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkunu bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azvision.az

Teqlər: İlham-Əliyev