Mühəndis texnikaları silahlanmaya daxil edilib

  04 Dekabr 2019    Oxunub : 733
Mühəndis texnikaları silahlanmaya daxil edilib
Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən Türkiyə Respublikasının HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri xüsusi daşıma vasitələri ilə Naxçıvan Muxtar Respublikasına gətirilib.

Azvision.az

Teqlər: Silahlanmaya   Ordu