Bakıda yağışa görə sürət həddi endirildi

   Bakıda yağışa görə sürət həddi endirildi
  05 Dekabr 2019    Oxunub:1772
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir", - deyə BNA-dan bildirilib.

Azvision.az



Teqlər: BNA   Yol   Yağış  





Xəbər lenti