ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayır

  05 Dekabr 2019    Oxunub : 1820
 ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayır
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası işə başlayacaq.

Azvision.az xəbər verir ki, iki gün davam edəcək iclasa təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin qatılacağı gözlənilir. Toplantı “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.
ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Şurasının iclasında iştirak etmək üçün Bratislavada səfərdədir.

Azvision.az

Teqlər: ATƏT