“Instagram”dan daha bir yenilik

  05 Dekabr 2019    Oxunub : 1733
“Instagram”dan daha bir yenilik
"İnstagram"da xidmətin keyfiyyətini artırmaq üçün sosial şəbəkədə qeydiyyatdan keçərkən istifadəçidən yaşını qeyd etmək tələb olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə "İnstagram" sosial şəbəkəsi məlumat yayıb.

Qeyd edilib ki, yaşla bağlı məlumat digər istifadəçilər üçün əlçatan olmayacaq.

Azvision.az

Teqlər: “Instagram”