Diaspora dair yeni qanun layihəsi hazırlanıb

  05 Dekabr 2019    Oxunub : 1270
Diaspora dair yeni qanun layihəsi hazırlanıb
"Demək olar ki, "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi hazırdır”.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq: “Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Diaspor   Komitə