KOBİA ilə “Deloitte” əməkdaşlığı genişləndirir

KOBİA ilə “Deloitte” əməkdaşlığı genişləndirir
  06 Dekabr 2019    Oxunub:2832
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Deloitte & Touche” arasında kiçik və orta biznesə dəstək çərçivəsində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
KOBİA-dan Azvision.az -a bildirilib ki, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisi çərçivəsində imzalanmış sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Deloitte & Touche”ın idarəedici tərəfdaşı Nuran Kərimov imzalayıblar.

Sənədə əsasən, KOBİA və “Deloitte & Touche” startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakı, onların potensialının artırılması, yeni biznes ideyalarının dəstəklənməsi, innovativ KOB konsepsiyalarının həyata keçirilməsi, biznes subyektlərinin maarifləndirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki “Bakutel 2019” Sərgisi çərçivəsində ötən gün kiçik və orta biznesə dəstək məqsədilə daha bir sənəd KOBİA və “AzerTelecom” arasında imzalanıb.

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti