Azərbaycan XİN Ukraynaya başsağlığı verdi

  08 Dekabr 2019    Oxunub : 2353
 Azərbaycan XİN Ukraynaya başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-nin rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında yanğın olub. Hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Azvision.az

Teqlər: XİN   Odessa