Rəsədxana: Günəş fəallığı aşağı səviyyədə qalacaq

   Rəsədxana:    Günəş fəallığı aşağı səviyyədə qalacaq
  09 Dekabr 2019    Oxunub:1616
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Azvision.az -a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Dekabrın 9-dan 11-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı dekabrın 9-da 5 faizdən, dekabrın 10-da və 11-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Azvision.az



Teqlər: Rəsədxana  





Xəbər lenti