İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verib

   İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verib
  09 Dekabr 2019    Oxunub:2731
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə Odessa şəhərində kollecdə baş vermiş yanğında insan tələfatı ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Zelenski  





Xəbər lenti