Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib

  10 Dekabr 2019    Oxunub : 2382
 Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib
“Məhkəmələrdə KİV-lərlə işləməsi üçün xüsusi hakimlər təyin olunub".
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sultanova bildirib. Nazirlik rəsmisi deyib ki, bundan sonra KİV-lərlə birgə işləməyə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” adlı tədbir keçirilir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: ƏdliyyəNazirliyi