“İnsan hüquqlarının qorunması media müstəvisində” - FOTOLAR

  10 Dekabr 2019    Oxunub : 1869
“İnsan hüquqlarının qorunması media müstəvisində” - FOTOLAR
Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusundə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Quliyev, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, QHT və KİV rəhbərləri iştirak ediblər.



Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, insan hüquq və azadlıqlarının qorunması dövlətimizin əsas vəzifəsidir və bu istiqamətdə mühüm işlər görülür.



Mətbuat Şurasının sədri müavini Müşfiq Ələsgərli KİV nümaynədələrinin təklifi əsasında məhkəmələrdə media ilə işləyən hakimlərin ayrılmasını yüksək dəyrələndirib.



Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb: "İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Eyni zamanda cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.



Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov çıxışında hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətli olduğunu vurğulayıb. Əlavə edib ki, ilkin mərhələdə hakimlərin media üzrə məsul olması daha məqbuldur və bu proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək.

Tədbir müzakirələrlə yekunlaşıb.











Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: