Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək - Sərəncam

   Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək -    Sərəncam
  10 Dekabr 2019    Oxunub:5689
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxananın işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Ordubad  





Xəbər lenti