YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
  11 Dekabr 2019    Oxunub:1528
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Azvision.az xəbər verir ki, ziyarətdə Yeni Azərbaycan Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvləri, YAP üzvləri, deputatları və digər şəxslər iştirak ediblər. YAP rəhbərliyi Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

Azvision.az


Teqlər: YAP   Fəxrixiyaban  





Xəbər lenti