BP-nin hazırkı və gələcək rəhbərləri Azərbaycana gəldi

BP-nin hazırkı və gələcək rəhbərləri Azərbaycana gəldi
  11 Dekabr 2019    Oxunub:1569
BP şirkətinin hazırkı və gələcək rəhbərləri Azərbaycanda səfərdədirlər.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a verilən məlumata görə, BP qrupunun baş icraçı direktoru Robert Dadli və onu gələn ildən bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Səfər çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər keçirilib.

Qeyd edək ki, hazırda BP qrupunun apstrim bölümünə rəhbərlik edən B.Luni R.Dadlini BP qrupunun baş icraçı direktoru vəzifəsində gələn il fevralın 5-dən əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.

R.Dadli fevralın 4-də BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək, martın 31-dən isə təqaüdə çıxacaq.

Azvision.az



Teqlər: BP   Azərbaycan   Şirkət  





Xəbər lenti