Naftalanın turizm inkişaf planı təqdim olunub

Naftalanın turizm inkişaf planı təqdim olunub
  11 Dekabr 2019    Oxunub:3151
Dekabrın 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun iştirakı ilə Naftalan şəhərinin turizm inkişaf planının təqdimatı keçirilib.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Turizm Bürosunun 2020-ci ildə Naftalan şəhəri üzrə nəzərdə tutulmuş fəaliyyət planı açıqlanıb.

Bildirilib ki, fəaliyyət planının məqsədi Naftalan şəhərini turistlər üçün daha cəlbedici etmək, həmçinin Naftalanın mövcud turizm potensialından səmərəli istifadə etməklə bütövlükdə şəhəri turizm məhsuluna çevirmək, müvafiq infrastruktura uyğun xidmətlər təklif etməkdir.

Qeyd olunub ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Gəncə Destinasiya Menecmenti Təşkilatının Naftalanda təsis edilmiş nümayəndəliyinin də təqdimatı baş tutub.

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti