“Əlimizdən gələni etməliyik ki, seçicilər fəal olsunlar” - MSK sədri

“Əlimizdən gələni etməliyik ki, seçicilər fəal olsunlar” -  MSK sədri
  11 Dekabr 2019    Oxunub:2406
Azərbaycada dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bügünə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür: “Biz əlimizdən gələni etməliyik ki, seçicilər fəal şəkildə səsvermədə iştirak etsinlər. Düzdür, bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə aşağı olur, ancaq arzu edirik ki, bu rəqəm yüksəlsin”.

MSK sədrinin sözlərinə görə, bütün məntəqələrdə səsvermə üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz şəkildə prosesdə iştirak etsinlər.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti