Seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq

Seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq
  11 Dekabr 2019    Oxunub:1954
“Yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.
“Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”, - deyə MSK sədri bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti