Ölkəmizə gələn 3 milyonuncu turistə sürpriz edildi - FOTO

 Ölkəmizə gələn 3 milyonuncu turistə sürpriz edildi -  FOTO
  12 Dekabr 2019    Oxunub:4467
Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvə­lə­rin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi mü­nasi­bətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və öl­kəmizə turizm axının genişlənməsi ilə əlaqədar ölkəmizə gələn və gedən şəxslərin və nəqliy­yat vasitə­lə­rinin sayı­ əhə­miy­yətli dərəcədə artıb. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sər­hədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.
Azvision.az xəbər verir ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləş­diril­məsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effek­tiv­liyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azal­dılması və sürətli keçidi­nin təmin olunması istiqa­mətində mühüm işlər görülüb, 1 şəxsin sərhəd keçmə pro­sedur­larının rəs­miləş­diril­məsinə 1 dəqiqədən az vaxtın sərf edil­mə­sinə nail olun­ub.



Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olub. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonaq bu xoş sürprizdən çox məmnun olmasını söyləyib və öz minnətdarlığını bildirib.



Azvision.az



Teqlər: DSX   Turist   Qonaq  





Xəbər lenti