“Nöqsana yol verənləri cəzalandırmaqdan çəkinmirik” - Məhəbbət Vəliyeva
Nazir müavini bildirib ki, məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesini idarə edir, ona cavabdehlik daşıyır: "Direktor öz fəaliyyətini ölkəmizin qanunlarına uyğun qurur. Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq, əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atır, intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir. Bu mənada məktəb böyük müəssisədir və məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşməlidir".
M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi məktəblərin idarə olunmasına ciddi şəkildə nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də sağlam psixoloji mühitin, məktəb-valideyn münasibətlərinin yaradılmasının vacibliyini başa düşüb, işini bu müstəvidə qurmalıdır".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Nazirmüavini Təhsil