Bakıda 90 yaşlı qadına qarşı quldurluq edilib

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edilib
  12 Dekabr 2019    Oxunub:1781
Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 10-da saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirərək yıxıldığından həmin şəxs hadisə yerindən uzaqlaşıb.

Quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev idarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədilə törətdiyini bildirib.

Faktla bağlı Akif Məmiyev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti