Ağstafada 2 ədəd əl qumbarası tapılıb

Ağstafada 2 ədəd əl qumbarası tapılıb
  12 Dekabr 2019    Oxunub:2258
Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.



Azvision.az


Teqlər: Ağstafa   Qumbara  





Xəbər lenti