ABŞ səfirindən “soyqırım” açıqlaması: “Hökumətin mövqeyini əks etdirmir”

  13 Dekabr 2019    Oxunub : 1956
 ABŞ səfirindən “soyqırım” açıqlaması: “Hökumətin mövqeyini əks etdirmir”
ABŞ Senatının "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, hökumət administrasiyasının mövqeyini əks etdirmir.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib.
Diplomat vurğulayıb ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: "Nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik".

Qeyd edək ki, ötən gün ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ABŞ   Səfir   Soyqırım