Azərbaycanın göndərdiyi yardım Albaniyaya təqdim olundu
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Albaniyada noyabrın 26-da baş verən 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.
Səfir Aridana Hobdari yardımına görə ölkəsi adından Azərbaycana təşəkkürünü bildirib və iki dövlət arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Azvision.az