“Atalığın müəyyən edilməsi ilə bağlı müraciətlərin sayı artıb” - Hicran Hüseynova
Onun sözlərinə görə, həmin şəxslərin bu sahədə heç bir bilik və bacarığı olmadığından öz hüquqlarını qoruya bilmirlər: "Digər problem ondan ibarətdir ki, yaxın qohumlar çox vaxt həmin şəxsə dəstək göstərmirlər. Vəkillik xidməti pullu olduğu üçün şəxs onlara müraciət edə bilmir. Bu dəyişikliklərdən sonra QHT-nin hüquqşünasları da vətəndaşların məhkəmələrdə nümayəndəsi kimi çıxış edə bilmirlər. Biz yaranmış problemi komitəyə daxil olan müraciətlərin sayında da görürük. Belə ki, il ərzində alimentin müəyyən edilməsi, atalığın müəyyən edilməsi, nikaha xitam verilməsi, mənzilə yaşayış hüququnun əldə olunması, məişət zorakılığı və digər məsələlərlə bağlı müraciətlərin sayı artmaqdadır".
Komitə sədri qeyd edib ki, bütün bunlar vətəndaşların, o cümlədən, məişət zorakılığından zərər çəkən şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir.
"Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən humanist bir addım atıldı. Ölkə başçısının aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzaladığı fərman bu problemin həllində mühüm sənəddir. Beynəlxalq təcrübədə ehtiyacı olanlar üçün hüquqi yardımın təşkili və bu sahədə maliyyə-iqtisadi maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Bizim də məqsədimiz odur ki, yaşadığı yerdən, sosial vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər bir vətəndaşımız bu dəstəkdən istifadə edə bilsin".
Aytən Zəhra
Azvision.az
Teqlər: Komitə Hicran-Hüseynova