DSX-da hesabat müşavirəsi - Bu il hansı işlər görülüb?

   DSX-da hesabat müşavirəsi -    Bu il hansı işlər görülüb?
  13 Dekabr 2019    Oxunub:3122
13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.
Azvision.az xəbər verir ki, hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin kömək­çisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsə­lələr şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib. Ge­neral-polkovnik Məhərrəm Əliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyi məsə­lələrinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafi­zəsi sahəsində əldə olunmuş nailiyyətlər, Döv­lət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında müşavirə iştirakçıları qarşısında çıxış edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2020-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2019-cu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi işinin təşkilinə başlanılması, döyüş hazırlı­ğı­nın daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmaz­lığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyevin yanvar ayının 10-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış “Tufan” tipli sərhəd gözətçi gə­mi­lərilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infra­strukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyun ayının 18-də DSX hərbi qul­luqçularının və mülki işçilərinin pul təminatının vəzifə maaşlarının 40% həc­mində artırılması barədə qərar qəbul etməsi, avqust ayının 16-da Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə DSX-nin şəxsi heyətinə müraciət ünvanlaması və DSX-nin xidməti-döyüş fəaliyyətinə yüksək qiymət verməsi, DSX-nin 6 zabitini ali hərbi rütbələrə, DSX əmək­daş­larını 13 orden, 73 medal, 7 fəxri adla təltif etməsi, Azərbaycan sərhədçisinə ali qayğının nümunəsi olaraq DSX-nin zabitləri üçün Bakı şəhərində 25 mən­zilin ayrılması bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşı­lanıb.

2019-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. Hesabat dövründə bu istiqamətdə bütün sərhəd döyüş məntə­qələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 km məsafədə qoruyucu val sədləri və 92 km məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, gene­rator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib.

- mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;

- xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsiz­ləşdirilib;

- Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi və Dahi Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə:

“Vətənə xidmət andımız, amalımızdır” şüarı altında 5 km 100 metr uzunlu­ğunda dövlət bayrağı ilə 5000 sərhədçi yürüş edib.

Bakı şəhərində Milli Parkda “Azərbaycan Sərhəd Mühafuzəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri rəşkil olunub, Azərbaycan ta­rixində ilk dəfə olaraq bu cür formatda təşkil olunan tədbir ictimaiyyət tə­rəfindən böyük marala qarşılanıb və gənclərin hərbi-vətənpərvərlik tərbi­yəsinə ciddi töhfə olub.
Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında “Siyasi repressiya qur­banları Muzeyi” yaradılıb.
- dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­ıb.

- 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər giz­li şəkildə dövlət sərhədindən buraxılış mən­təqələrindən keçməyə cəhd edərkən saxlanıl­ıb.

- 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.

- sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

- dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 148 binadan ibarət tikinti komplekslərinin əsaslı tə­mir-tikintisi həyata keçirilib.

- Dövlət Sərhəd Xidməti tərəfindən 2002-ci ildən etiba­rən tətbiq olunan sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdi­rilib, hesabat dövründə bu cür 109 görüş keçirilib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azər­baycan Respub­li­kasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırıqlarını və vəzifə borclarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti