“Erməni nazir neqativ reaksiyadan çox qorxur” - XİN rəsmisi

“Erməni nazir neqativ reaksiyadan çox qorxur” -  XİN rəsmisi
  13 Dekabr 2019    Oxunub:3428
Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir.
Bunu Azvision.az -a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlamasını şərh edərkən deyib.

L.Abdullayeva qeyd edib: "Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir".

Azvision.az



Teqlər: XİN   LeylaAbdullayeva  





Xəbər lenti