DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözü gedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. Bundan başqa Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazsindəki yeraltı keçiddən istifadə etmələri tövsiyyə olunub.
Azvision.az