"Nar" fırıldaqçı saytla bağlı xəbərdarlıq edib
Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün “Nar”, bu cür xidmətlər göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir.
Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmağa çağırırıq.
Azvision.az
Teqlər: Nar