“Şahdağ”da qiymətlər 15 faiz ucuzlaşdı

“Şahdağ”da qiymətlər 15 faiz ucuzlaşdı
  14 Dekabr 2019    Oxunub:11071
Bu il "Şahdağ" turizm kompleksində həm əyləncələr, həm də restoran bölməsində qiymətlər 15 faiz endirilib.

Azvision.az xəbər verir ki, bunu “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler deyib. Onun sözlərinə görə, keçən il qiymətlərin yüksək olması ilə bağlı bəzi nüanslar var idi: "Komanda ilə birgə təhlil etdik. Qiymət siyasətində optimallaşdırma həyata keçirdik".
Leffler qeyd edib ki, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağı var: "Ötən illə müqayisədə növbəti həftələrdə 5 faizə yaxın artım nəzərdə tuturuq. Bu il daha yaxşı nəticələr əldə edəcəyimizə inanırıq. Turistlərin çoxunu yerli turistlər təşkil edir. Bu da Şahdağın paytaxta yaxın olması ilə əlaqədardır".

İdarə Heyətinin sədri, həmçinin vurğulayıb ki, xarici turistlər arasında qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir. Belə ki, ilk sırada Rusiya vətəndaşlarıdır: "Sonrakı yerdə Qazaxıstan gəlir. Həmçinin, digər ətraf ölkələrdən və Avropadan da turistlər gəlir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şahdağ   Qusar   Turizm  





Xəbər lenti