“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib
  14 Dekabr 2019    Oxunub:4236
Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.
Azvision.az xəbər verir ki, press-tur çərçivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin nümayəndələri və “Şahdağ” Turizm Mərkəzinin rəhbərliyi jurnalistlərin maraq doğuran suallarını cavablandırıblar.



Media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar, yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.



Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.




Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.















Aytən Zəhra
Foto Şahin Sərdərov

Azvision.az



Teqlər: Şahdağ   Xizək  





Xəbər lenti