Yasamalda 3 ədəd bahalı saat oğurlanıb

Yasamalda 3 ədəd bahalı saat oğurlanıb
  14 Dekabr 2019    Oxunub:1713
Yasamal rayonu ərazisindəki mağazaların birindən 3 ədəd “Rado” markalı qol saatı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oğurluq hadisəsi barədə “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar Yasamal Xətai Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İnşaatçılar prospektində yerləşən mağazadan 12 000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Azvision.az


Teqlər: Saat   Oğurluq   Yasamal  





Xəbər lenti