Bakıda yanğına görə yol bağlandı, tıxac yarandı

Bakıda yanğına görə yol bağlandı,  tıxac yarandı
  14 Dekabr 2019    Oxunub:3860
Bir qədər əvvəl Nəsimi rayonu 3-cü mikrorayon bazarı yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda, “20 Yanvar” dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az-a bildirilib ki, bununla yanaşı, hazırda dairədəki körpünün üzərində Z.Bünyadov istiqamətində tıxac müşahidə olunur.

Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətdə hərəkət etməmələrini xahiş olunur. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

Azvision.az



Teqlər: BNA   Yanğın   Yol  





Xəbər lenti