Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib
  14 Dekabr 2019    Oxunub:2201
Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının Moskvada keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub. Həmçinin müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının gələn il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti