ETSN ağacəkmə aksiyalarını davam etdirir

ETSN ağacəkmə aksiyalarını davam etdirir
  14 Dekabr 2019    Oxunub:2771
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası davam etdirilir.
Nazirliyin təşəbbüsü ilə bu gün Masallının Güllütəpə kəndinin yaxınlığındaşı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, meşəcinsli ağacların toxumları səpilib.

Ağacəkmə aksiyasında ziyalılar, kənd sakinlərinin, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev kampaniyanıın vacibliyindən söz açıb. Onun sözlərinə görə, beşəbərpa tədbirləri həyata keçirməklə təbiətə töhvə verilir: "Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik".

Rayon sakini Ülviyyə Dadaşova ağacəkmə aksiyasına ailəsi ilə birgə qoşulduğunu deyib: "Qonşu kənddən gəlib aksiyaya qoşulmuşuq. Sevinirəm ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra həm ağacların meyvələrini dərəcəyik, həm həm də əkdiyimiz ağacların kölgəsində dincələcəyik. Onu da qeyd edim ki, kəndimiz hələ də qazlaşdırılmayıb. Buna görə də bizim oduna ehtiyacımız var. Yemək bişirmək, evi isitmək üçün odun tədarükü etmək məcburiyyətindəyik. Əvvəllər meşə sahələrinə gedib odunu özümüz tədarük edirdik. Bu, həm təhlükəli, həm də çətin idi. Hazırda bizim işimiz rahatlaşıb. İndi meşə idarəsi odunu özü tədarük edir və odun yanacağına olan tələbatımız ödənilir. Həm bizim işimiz asanlaşıb, həm də meşələrə müdaxilənin qarşısı alınıb".

Rayon ağsaqqalı Sərhat Məmmədov yerli sakinlərinin aksiyaya həvəslə qoşulduğunu vurğulayıb: "Hər birimiz əkdiyimiz ağacla rayonumuzun meşəsinə töhfə vermiş olduq. Söz veririk ki, meşəni də, əkilən ağacları da gələcək nəsillər naminə qoruyacağıq".

Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarınin salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açılıb, bundan sonra da ölkədə meşə ilə öryülü ərazilərin miqyasının genişləmdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: ETSN   Ağac   Kampaniya  





Xəbər lenti