“3-cü mikrorayon bazarı”nda 2 maşın yanıb

  14 Dekabr 2019    Oxunub : 2846
 “3-cü mikrorayon bazarı”nda 2 maşın yanıb
"3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş verən yanğın zamanı iki "QAZel" markalı yük avtomobili qismən yanıb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, yanğın 300 kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla, ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Bakı   Bazar   Yanğın