Astarada sürüşmə olub, Zığda gərginlik davam edir

  Astarada sürüşmə olub, Zığda gərginlik davam edir
  16 Dekabr 2019    Oxunub:4616
“Bibiheybət məscidi yaxınlığında baş vermiş uçqunun nəticələri aradan qaldırılır. Yolun bərpası üçün aidiyyatı qurumlar lazımi tədbirlər görür”.

Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, son günlər yağan yağışlardan sonra ərazidə sürüşmə təhlükəsi yaranmayıb: "Bibiheybətdə yeni sürüşməyə rast gəlmədik. Orada qeydə alınan aşınma, uçqun prosesidir. Yağışlar hər hansı təhlükə yaratmır. Bərpa işləri davam etdirilir”.



Ə. Qaralov əlavə edib ki, cənub bölgəsində də monitorinqlər aparılır. “Orada sürüşmə ilə bağlı bir çox sahələrdə aktivləşmə prosesi müşahidə olunub. Ayın sonunda tam olaraq ölkə ərazisindəki vəziyyət haqqında dəqiq məlumatımız olacaq. Astaranın bir kəndində sürüşmələr olub, ancaq ciddi fəasdlar yoxdur. Zığ sürüşmə sahəsində isə nisbi gərginlik davam edir”.

Badamdardakı sürmə zonasındakı vəziyyətə gəlincə, Ə.Qaralov orada yamac bərkitmə işlərinin aparıldığını, terrasların yaradıldığını vurğulayıb: “Çalışırıq ki, vaxtında sürüşmənin qarşısını alaq. Gələcəkdə proses təkrarlanmasın”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti