FHN əməkdaşları 467 uşağı ölümdən xilas edib

FHN əməkdaşları 467 uşağı ölümdən xilas edib
  16 Dekabr 2019    Oxunub:2947
Bu ilin 11 ayı ərzində Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib, həlak olmuş 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, təhlükəli meteoroloji hadisələr, intihara cəhdin qarşısının alınması, mənzilə qaz sızması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1392 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 467-si uşaq olmaqla 1584 nəfər zərərçəkmiş xilas olunub, 35 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, 81 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və bağlı qapı arxasından çıxarılıb.

Bundan başqa, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla cəmi 261 nəfər vətəndaş xilas edilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti