Əli Kərimli məhkəməyə verildi - Yüzlərlə cəbhəçini aldadıb, pulları mənimsəyib

  16 Dekabr 2019    Oxunub : 8833
 Əli Kərimli məhkəməyə verildi - Yüzlərlə cəbhəçini aldadıb, pulları mənimsəyib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev partiyanın sədri Əli Kərimliyə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Azvision.az xəbər verir ki, bu gün məhkəmə hazırlıq iclası keçirilib.

Aydın Əliyev iddia ərizəsində Əli Kərimlinin partiyaya daxil olan ianə və digər pulları mənimsədiyini, ancaq öz nəzarətində saxladığını, bu pulları özünün, ailəsinin və xaricdə yaşayan övladlarının ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf etdiyini, yüzlərlə cəbhəçini aldatdığını, hər birindən öz şəxsi mənafeyi üçün istifadə etdiyini, antidemokratik hərəkətlərinə etiraz edənləri ləkələdiyini, böhtanlara məruz qoyduğunu və partiyadan uzaqlaşdırdığını, partiyada sərt diktatura rejimi qurduğunu bildirib, Əli Kərimlini dələduz adlandırıb.

Aydın Əliyev daha sonra Əli Kərimlinin gəncləri də aldadaraq özünün çirkin oyunlarına qurban vermək istədiyini, bir çoxlarının onun antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdar olduğunu, lakin bunları dilə gətirməkdən çəkindiyini qeyd edib.

Aydın Əliyev, həmçinin Əli Kərimli tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə imkan verilmədiyini, onun Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğunu qeyd edib və Komissiyanın sədri vəzifəsini icra etməyə maneəçilik törətməsinin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edib.

Azvision.az

Teqlər: Əli-Kərimli   AXCP   Məhkəmə